Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırılması hədəflənir.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Aqrobiznes Forumunda deyib
Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 5,8 milyard ABŞ dolları olub, bu 2021-ci illə müqayisədə 25 % artım deməkdir.
"Bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişafı üzrə səylərimizi davam etdiririk. Ümid edirəm ki, bu sahələrdə son vaxtlar müşahidə edilən fəallıq bundan sonra da davam edəcək", - C. Bağçı bildirib.
Səfir vurğulayıb ki, bu forum ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına, investisiyaların təşviqinə kömək edəcək.