Cəlilabad rayonunda çiyələk bitkisinin əkini aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un Muğan bürosuna verilən məlumata görə, bu il əkin sahələrinin 50-60 hektar artırılacağı gözlənilir.
Qeyd edək ki, bu il rayon ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib.
Sahələrdən bu günə qədər 16 min tondan çox məhsul yığılıb.
Yığılan məhsul ölkə bazarları ilə yanaşı, xarici bazarlara, əsasən Rusiya və ərəb ölkələrinə göndərilib.