Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir 

Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir  Cəlilabad rayonunda çiyələk yığımı davam edir.
ASK
4 Sentyabr , 2024 23:24
Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir 

Cəlilabad rayonunda çiyələk yığımı davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, bu il rayon ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib.

Sahələrdən bu günə qədər 15 min 850 tondan çox məhsul yığılıb. Bu il hər hektar üçün orta məhsuldarlıq 26,16 ton təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 25,41 ton olub.

Həmçinin yığılan məhsulun 11 min 945,5 tonu Rusiya, Belarus və ərəb ölkələrinə ixrac olunub.

Hazırda sahələrdən məhsulun yığımı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi