Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb 

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb  Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımı davam edir, məhsulun qiyməti kəskin ucuzlaşıb.
ASK
7 Sentyabr , 2024 19:41
Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb 

Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımı davam edir, məhsulun qiyməti kəskin ucuzlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hal-hazırda rayonda 1 410 hektar üzüm bağı var. Ondan 1 375 hektarı bar verən bağdır.

Bu günə qədər bağlardan 7 600 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 248 tonu Rusiya bazarlarına ixrac olunub.

Fermerlərin sözlərinə görə, yığımın əvvəlində məhsulun qiyməti növündən asılı olaraq bir kiloqramı 1-1.50 manat arasında dəyişib. Lakin indi məhsulun qiyməti 0.60-0.70 qəpiyə qədər ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi