Danimarkanın paytaxt bölgəsində yerləşən Taastrup şəhərində 14 mərtəbəli torpaqsız “şaquli tarla” əkinçilik təşəbbüsü “Nordic Harvest”in məhsullarının təqdimatı olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “şaquli tarla”dan ildə 15 dəfə məhsul götürülücək.
Qeyd edək ki, Anders Riemann tərəfindən 7 min kvadratmetr ərazidə qurulan və təxminən 7 ildən sonra məhsullarını bazarlarda nümayiş etdirməyə hazırlaşan “Nordic Harvest”in məhsulları pestisid və həşarat dərmanı istifadə etmədən istehsal olunur. Burada normal tarla ilə müqayisədə təxminən 95 % suya qənaət olunacaq.
Belə ki, böyük qida və iaşə şirkətləri tərəfindən sifariş edilən şirkətin məhsulları gələn ilin ilk rübündə supermarketlərdə də satılmağa başlanılacaq. Ölkədə aparılan rəy sorğularına görə, danimarkalıların 14 %-i şaquli kənd təsərrüfatı məhsullarını təhlükəli görür, 24 %-i isə bu məhsulları istehlak etməyə hazır olduqlarını bildiriblər.