Yanvar ayında dünya ərzaq bazarında qiymətlər artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən verilən məlumata görə, bunun əsas səbəbi bitki yağlarının bazardakı həcminin azalmasıdır.
Belə ki, FAO-nun ərzaq qiymətləri indeksi yanvar ayında 1,1 faiz artaraq 135,7 bənd olub. O cümlədən bitki yağlarının qiymət indeksi 4,2 faiz artaraq tarixin ən yüksək həddinə çatıb. Bununla yanaşı, taxıl, ağartı məhsulları və ət də bahalaşıb. Yalnız şəkərin qiymət indeksi 3,1 faiz azalıb ki, bunda da “əsas ixracatçı ölkələr olan Hindistan və Tailandda istehsalatla bağlı müsbət proqnozlar”ın mühüm payı olduğu bildirilir.