2020-ci ilin sonuna qeydiyyatdan keçmiş 477,1 min nəfər fermer torpaq sahəsinə dair məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edib.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, bunlardan 451,5 min nəfər əkinlərin bəyan ediblər.
Habelə, EKTİS-də hazırda 579 min toxum təchizatıçısı, 454 gübrə təchizatçısı, 11 tütün tədarükçüsü, 7 pambıq tədarükçüsü, 1 şəkər çuğunduru tədarükçüsü və 1 barama tədarükçüsü qeydiyyatdan keçərək fəaliyyət göstərir.