Prezident İlham Əliyev "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar da sistemə əlavə olunacaq.
Xatırladaq ki, əsasnamə ötən il dekabrın 23-də təsdiq edilib.