2026-cı il dünyada qadın fermerlərin ili olaraq qeyd ediləcək.
“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
Onun sözlərinə görə, bu qlobal təşəbbüslə bağlı qətnaməyə Azərbaycan həmmüəllif kimi qoşulub: “Azərbaycanın bu sahədə baxışlarını nəzərə alaraq, harmoniya təşəbbüsü çərçivəsində qadın fermerlərə xüsusi diqqət yetiririk”.