FAO-Azərbaycan çərçivə sənədi tamamlanmaq üzrədir

FAO-Azərbaycan çərçivə sənədi tamamlanmaq üzrədir Özəl baytarlığın tətbiqi baytarlıqda rəqabətqabiliyyətliyinin artmasına səbəb olacaq.
ASK
31 Avqust , 2021 12:41
FAO-Azərbaycan çərçivə sənədi tamamlanmaq üzrədir
Mələk Çakmak

Özəl baytarlığın tətbiqi baytarlıqda rəqabətqabiliyyətliyinin artmasına səbəb olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi özəl baytarlıq xidmətinə keçidlə bağlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, FAO ilə Azərbaycan arasında əməkdaşlıq 2015-ci ildən bəri, FAO-nun Azərbaycanda ofisinin açılmasi ilə daha da genişlənib: "FAO olaraq kənd təsərrüfatındə əməkdaşlıq sahəsi daha da genişdir. Biz Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq edirik. Məqsədimiz Azərbaycanda aqrar sahədə dayanıqlığa nail olmaqdır".

M.Çakmak deyib ki, Azərbaycan hökuməti qida təhlükəsizliyinə, qida təhlükəsizliyində rəqabətqabiliyətinə önəm verir: "Azərbaycan və FAO 2016-2020-ci illəri əhatə edən proqram çərçivə sənədini artıq tamamlayırıq. 2021-2025-ci illər üçün ölkə proqram çərçivə sənədini tamamlanmaq üzrəyik. Bu proqram çərçivə sənədi bir sıra sahələrini əhatə edir. Prioritet sahə üzrə dayanıqlı məqsədlərə nail olmaq üçün ətraf mühitin mühafizəsi, mübarizəsi çərçivə sənədində mühüm yer tutur".

Son xəbərlər

Orphus sistemi