Kənd Təsərrüfatı Nazirliyi: Bu il aqrar sahədə 4%-dən çox artım gözləyirik

Kənd Təsərrüfatı Nazirliyi: Bu il aqrar sahədə 4%-dən çox artım gözləyirik "Pandemiya ictimai iaşə sektorunda fermerlər üçün çətinliklər yaratdı".
ASK
6 Yanvar , 2021 10:01
Kənd Təsərrüfatı Nazirliyi: Bu il aqrar sahədə 4%-dən çox artım gözləyirik

2020-ci ildə aqrar sahədə 4%-dən çox artım proqnozlaşdırılsa da, koronavirus (COVID-19) pandemiyasının təsirləri, eləcə də havaların quraq keçməsi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 2% artıb.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

"Pandemiya ictimai iaşə sektorunda fermerlər üçün çətinliklər yaratdı. Quraqlıq isə xüsusilə taxılçılıqda geriləməyə səbəb olub. Bununla belə, ayrı-ayrı məhsulların istehsalı üzrə artımlar qeydə alınıb. 2021-ci ildə isə aqrar sahədə 4%-dən çox artım gözləyirik", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi