Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb

Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.
ASK
7 Oktyabr , 2021 14:11
Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb
0 : 00
0 : 00

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;

- Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.

Son xəbərlər

Orphus sistemi