KTN: "Azərbaycanda 80 mindən çox qadın fermer var"

KTN: "Azərbaycanda 80 mindən çox qadın fermer var" Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 8 mindən çox qadın fermer qeydiyyatdan keçib.
ASK
25 Yanvar , 2022 12:10
KTN: Azərbaycanda 80 mindən çox qadın fermer var

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 80 mindən çox qadın fermer qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Qadın fermerlər taxılçılıq, pambıqçılıq, və meyvəçilik sahəsində fəaliyyət göstərir. Onların təcrübəsi azad edilmiş əraziləri iqtisadi baxımdan inkişafında mühüm rol oynaya bilər",- o qeyd edib.

Son xəbərlər

Orphus sistemi