KTN: “İnnovativ kənd təsərrüfatı texnikalarına maraq artıb”

KTN: “İnnovativ kənd təsərrüfatı texnikalarına maraq artıb” “Azərbaycanda fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artıb”.
ASK
10 Fevral , 2022 16:30
KTN: “İnnovativ kənd təsərrüfatı texnikalarına maraq artıb”

“Azərbaycanda fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artıb”.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bunu qurumun Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

O, bu barədə Hacıqabulda, nazirliyin təşkilatçılığı ilə “İnnovativ texnikalar Fermerin yanında” layihəsi çərçivəsində tarla müşavirəsində danışıb. Tədbirdə nazir müavini Sarvan Cəfərov, nazirlik aparatının və tabeli qurumlarının nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, eləcə də taxıl, pambıq, tütün, çəltik və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.

İ.Cümşüdovun sözlərinə görə, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edir. Məhz bu səbəbdən fermerlərin innovativ aqrar texnikalara marağı artır. Fermerlərin bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından geniş istifadə etməsi Azərbaycanda aqrar sahənin inkişafına töfhə verəcək.

S.Cəfərov isə bildirib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Xüsusilə aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipləri barədə məlumatlı olması mühüm əhəmiyyət kəsb edir.

Tarla müşavirəsində 12 yerli təchizatçı şirkət 50-dən çox müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipini əyani olaraq nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi