Naxçıvanda taxıl tədarükü 12% artıb

Naxçıvanda taxıl tədarükü 12% artıb Bu il Naxçıvan Muxtar Respublikasında 63 405 hektar sahədə əkin aparılıb ki, bunun da 36 879 hektarını və ya 58,2%-ni taxıl sahəsi təşkil edib.
ASK
17 Avqust , 2020 14:15
Naxçıvanda taxıl tədarükü 12% artıb

Bu il Naxçıvan MR-da 63 405 hektar sahədə əkin aparılıb ki, bunun da 36 879 hektarını və yaxud 58,2%-ni taxıl sahəsi təşkil edib.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 3 571 hektar və yaxud 10,7% çoxdur.

Taxıl əkini sahəsinin 26 293 hektarında buğda, 10 586 hektarında isə arpa əkilib. Sahələrin 4 865 hektarı və yaxud 13,2%-i Şərur, 11 767 hektarı və yaxud 31,9%-i Babək, 1 804 hektarı və yaxud 4,9%-i Ordubad, 7 589 hektarı və yaxud 20,6%-i Culfa, 5 906 hektarı və yaxud 16%-i Kəngərli, 1 563 hektarı və yaxud 4,2%-i Şahbuz, 2 357 hektarı və yaxud 6,4%-i Sədərək rayonlarının, 1 028 hektarı və yaxud 2,8%-i isə Naxçıvan şəhərinin payına düşüb.

Bu il taxıl sahələrindən 115 649 ton məhsul tədarük olunub ki, bu da ötən il ilə müqayisədə 12 665 ton və yaxud 12,3% çoxdur. Yığılan məhsulun 83 824 tonu buğda, 31 825 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 31,4 sentner olub ki, bu da ötən illə müqayisədə 1,6% çoxdur.

Belə ki, əldə olunan məhsulun 19 185 tonu və ya 16,6%-i Şərur, 37 702 tonu və ya 32,6%-i Babək, 5 135 tonu və ya 4,5%-i Ordubad, 20 001 tonu və ya 17,3%-i Culfa, 17 707 tonu və ya 15,3%-i Kəngərli, 4 314 tonu və ya 3,7%-i Şahbuz, 8 591 tonu və ya 7,4%-i Sədərək rayonlarının, 3 014 tonu və ya 2,6%-i isə Naxçıvan şəhərinin payına düşüb.

Tədarük olunan buğdanın bir kiloqramının cari ildə 38, arpanın isə 35 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb.

Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 177 ədədi 2020-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2 916 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoiloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında 178 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 10 ədədi nağd yolla satılıb.

Naxçıvanda keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılmış, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” MMC yenidən qurulub. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmaqdadır.

Son xəbərlər

Orphus sistemi