Neftçala rayonunda yığım başlanan gündən indiyədək 21 min 700 tondan çox pambıq yığılıb.
Bu barədə “Report”un Aran bürosuna Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.
Məlumata görə, bu il rayonda 8 min hektar sahədə pambıq əkilib.
Becərmə dövründə aqrotexniki qaydalara əməl edildiyindən pambıq tarlalarında bol məhsul yetişdirilib.
Məhsul toplanışının 90-95 faizi pambıqyığan maşınlarla həyata keçirilib. İndiyədək 7 min 400 hektar sahənin məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Orta hesabla hər hektardan 27 sentner məhsul götürülüb.
Hazırda məhsul yığımı davam edir.