Neftçalada pambıq əkini sahələri artıb

Neftçalada pambıq əkini sahələri artıb Neftçala rayonunda pambıq əkini sahələri artıb.
ASK
16 Sentyabr , 2024 08:20
Neftçalada pambıq əkini sahələri artıb

Neftçala rayonunda pambıq əkini sahələri artıb.

“Report”un Aran bürosunun məlumatına görə, ötən il rayonda 7 839,2 hektar sahədə pambıq əkilmişdisə, cari təsərrüfat ilində bu rəqəm 8 058,9 hektar olub.

Bu da keçənilkindən 219,7 hektar çoxdur.

Hazırda rayonda pambıq yığımına hazırlıq işləri görülür, tarlalar defolyasiya (maşınla məsul yığımını asanlaşdırmaq üçün bitki yarpaqlarının yığımdan qabaq tökülməsi-red) edilir.

Bir neçə gün sonra maşınlarla pambıq yığımına start veriləcək.

Son xəbərlər

Orphus sistemi