NK rəsmisi: "Kənd təsərrüfatının davamlı inkişafı bitki sağlamlığından bilavasitə aslıdır"

NK rəsmisi: "Kənd təsərrüfatının davamlı inkişafı bitki sağlamlığından bilavasitə aslıdır" Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı, qida və ekoloji təhlükəsizliyin təmin edilməsi bitki sağlamlığından bilavasitə aslıdır.
ASK
21 May , 2024 11:32
NK rəsmisi: Kənd təsərrüfatının davamlı inkişafı bitki sağlamlığından bilavasitə aslıdır

Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı, qida və ekoloji təhlükəsizliyin təmin edilməsi bitki sağlamlığından bilavasitə aslıdır.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı forumunda bildirib.

Onun sözlərinə görə, düzgün və elmi əsaslandırılmış bitki mühafizəsi, karantin tədbirləri heyvan sağlamlığının təminatıdır.

"Son illər enerji daşıyıcılarının qiymətlərinin artması, iqlim dəyişmələrinin təsiri, su ehtiyatlarının azalması və digər səbəblərdən ərzaq məhsullarının qiymətlərində artımlar baş verməkdədir. Bu da bəzi ölkələrdə ərzaq qıtlığını real təhlükəyə çevirib. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının qorunması, bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi zərurətə çevrilib. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu islahatların davam etdirilməsi, aqrar sahəyə dəstək tədbirləri ölkəmizin həmin problemlərdən qorunması üçün zəmin yaradıb. Bununla belə son zamanlar dünyada baş verən iqlim dəyişmələri fonunda aqrar sahənin risklərdən qorunması üçün müvafiq tədbirlərin hazırlanması zərurəti ön plana çıxıb", - deyə L.Qasımov bildirib.

Son xəbərlər

Orphus sistemi