Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 7,1 mln ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.
Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 12,1 mln ABŞ dolları və ya 2,7 dəfə azdır.
Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 21,3 mln ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 22,6 mln ABŞ dolları və ya 2,1 dəfə azalıb.