Türkiyənin aşağıbüdcəli aviaşirkəti – “Pegasus” iyunun 19-dan ölkənin kurort bölgəsi Alanyadan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirəcək.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, uçuşlar həftədə 2 dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Təyyarələr Türkiyə vaxtı ilə saat 00:35-də Alanyadan qalxacaq, Azərbaycan vaxtı ilə saat 04:10-da Bakıya enəcək.
Əks istiqamətdə uçuş isə yerli vaxtlarla saat 05:10-dan 07:05-ə qədər baş tutacaq.