Rüfət Quliyev: “Ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğu olmalıdır”

Rüfət Quliyev: “Ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğu olmalıdır” Azərbaycanda infiyasiya ilə ən yaxşı mübarizə üsulu ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğunun olmasıdır.
ASK
22 Noyabr , 2022 14:49
Rüfət Quliyev: “Ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğu olmalıdır”

Azərbaycanda infiyasiya ilə ən yaxşı mübarizə üsulu ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğunun olmasıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

“Hazırda insanları ən çox narahat edən məhz bu məhsulların qiymətlərinin sürətlə artmasıdır. Hökumət bolluq yaratmaq üçün mikro, kiçik və orta biznesin qarşısındakı bütün problemləri aradan qaldırmalıdır. Onlar üçün 3 illik vergi tətilləri olmalı, kommunal xərcləri 50 % azaldılmalıdır ki, regionlarda müəssisələr yaransın. Kənd təsərrüfatının bugünkü inkişafı bizi qane etmir”, - deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, ölkənin dərman vasitələrinə tələbatının ödənilməsi üçün Türkiyə ilə yaxından əməkdaşlıq edilsin: “Türkiyə daxili tələbatın ödənilməsində dünyada ilk 10-luqdadır. Türkiyə şirkətlərini Azərbaycana dəvət edək ki, gəlib burada fəaliyyət göstərsinlər. Aspirin və digər dərmanlar artıq bir müddətdir ki, ölkədə yoxdur”.

Son xəbərlər

Orphus sistemi