Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub. Nəticədə həmin yükün göndərilməsinə qadağa qoyulub.
Məhsulun istehsalçı müəssisəsinin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.