Rusiyanın Oryol vilayəti Azərbaycana raps şrotu tədarükünə başlayıb

Rusiyanın Oryol vilayəti Azərbaycana raps şrotu tədarükünə başlayıb Rusiyanın Oryol vilayəti Azərbaycana iribuynuzlu raps şrotunun ilk partiyasını göndərib.
ASK
29 Noyabr , 2024 12:01
Rusiyanın Oryol vilayəti Azərbaycana raps şrotu tədarükünə başlayıb

Rusiyanın Oryol vilayəti Azərbaycana iribuynuzlu raps şrotunun ilk partiyasını göndərib.

“Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

"2024-cü il noyabrın 28-də “Rosselxoznadzor”un Oryol və Kursk vilayətləri üzrə İdarəsinin əməkdaşlarının nəzarəti altında Oryol vilayətindən Azərbaycana ümumi çəkisi 210 ton olan raps şrotunun ilk partiyası ixrac edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, göndərilən məhsulun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının protokolları ilə təsdiq edilib.

Qeyd edək ki, raps şrotu, mal-qara və quşların yemlənməsində geniş istifadə olunur.

Son xəbərlər

Orphus sistemi