Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə raket zərbələrindən sonra Çikaqo birjasında buğdanın qiyməti 4,4 % artıb.
“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
Çikaqo birjasında buğdanın dekabr fyuçersləri buşel üçün 9,18 ABŞ dollarına yüksəlib.
Geosiyasi vəziyyətin gərginləşməsi investorları Ukraynadan buğda ixracı perspektivləri ilə bağlı şübhələrə sövq etdiyi üçün buğdanın qiyməti artıb.
“Bloomberg” xəbər verib ki, Ukrayna məhsullarının tədarükü ilə bağlı problemlər yaranıb. Buna səbəb İstanbuldan yola düşəcək, yoxlanılması üçün gözləyən gəmilərin sayının artmasıdır.