Sabahdan Azərbaycanda toxum sərgi-satış yarmarkasına start verilir

Sabahdan Azərbaycanda toxum sərgi-satış yarmarkasına start verilir Sabah Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı Şamaxı şəhərində Respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayacaq.
ASK
31 Avqust , 2021 17:49
Sabahdan Azərbaycanda toxum sərgi-satış yarmarkasına start verilir

Sabah Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı Şamaxı şəhərində Respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayacaq.

Bu barədə "Report"a Dövlət Toxum Fondundan bildirilib.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkalarda əsasən arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.

Sərgi-yarmarka çərçivəsində, həmçinin “Milli toxum ehtiyatının inkişafı”, “Xaricdən toxum asılılığını azaltmaq”, “Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi”, “Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması” və digər mövzular üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunacaq. 1 sentyabr - Şamaxı; 3 sentyabr - Şəki ;6 sentyabr - Agcabədi; 8 sentyabr - Saatlı ;10 sentyabr - Cəlilabad ; 13 sentyabr - Xaçmaz.

Qeyd edək ki, yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Son xəbərlər

Orphus sistemi