Salyanda yay şumu qaldırılır

Salyanda yay şumu qaldırılır Salyanda gələcəyin bol məhsulun təməlini qoymaq üçün yay şumu qaldırılır.
ASK
19 Sentyabr , 2024 08:02
Salyanda yay şumu qaldırılır

Salyanda gələcəyin bol məhsulun təməlini qoymaq üçün yay şumu qaldırılır.

“Report”un Aran bürosunun məlumatına görə, taxıl yığımı başa çatdıqdan sonra rayonda yay şumuna başlanılıb. Bu günə kimi rayonda 12 647 hektarda yay şumu qaldırılıb.

Mütəxəssislərin fikrincə, biçindən sonra şumun aparılmasının gecikdirilməsi torpaqda olan nəmliyin azalmasına, şum zamanı iri parçaların əmələ gəlməsinə səbəb olur ki, bu da həm məhsuldarlığı, həm də iqtisadi səmərəliliyi aşağı salır.

Odur ki, biçindən dərhal sonra torpaqda nəmlik olduğuna görə, yay şumu aparmaq daha məqsədəuyğundur.

Son xəbərlər

Orphus sistemi