Səfir: "Hindistan çayının Azərbaycanda təbliği üçün yeni imkanlar yarada bilərik"

Səfir: "Hindistan çayının Azərbaycanda təbliği üçün yeni imkanlar yarada bilərik" Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
ASK
17 Fevral , 2022 13:18
Səfir: Hindistan çayının Azərbaycanda təbliği üçün yeni imkanlar yarada bilərik

Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

"Report" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana Hindistan-Azərbaycan çayçılıq sahəsində əməkdaşlığa həsr edilmiş biznes görüşdə deyib.

Səfir qeyd edib ki, Azərbaycan bazarı Hindistan məhsulları üçün kifayət qədər imkanlar və fürsətlər təklif edir: "Keçən il Azərbaycanla Hindistan arasında ikitərəfli ticarətin həcmi 27 % artıb. Düşünürük ki, bu kimi tədbirlər əməkdaşlığı daha da artacağına imkan verəcək. Ümumiyyətlə, əlaqələrimiz müxtəlif sahələrdə inkişaf etməkdədir".

Onun sözlərinə görə, bu gün burda Hindistan çayını Azərbaycanda təbliğ etmək üçün yığışmışıq: "Hindistanın bir sıra ştatları çay istehsalı ilə məşğuldurlar. Hindistan çayı dünyada tanınan çay növlərindən biridir. Hazırda 800 milyon ABŞ dollarından artıq məbləğində Hindistan dünyaya çay ixrac edir. Lakin Azərbaycanda Hindistan çayının ümumi çay idxalında payı 4,6 %-dir. Düşünürük ki, bu kimi tədbirlərlə Hindistan çayını Azərbaycanda təbliğ etmək üçün yeni imkanlar yarada bilərik".

Qeyd edək, Azərbaycana çay idxal edən ölkələr sırasında Şri-Lanka birinci yerdə (79,9 %-lik pay ilə), Rusiya ikinci yerdə (9,1 %), Hindistan isə üçüncü yerdə qərarlaşıb.Hindistanın payə 2020-ci ildəki 2,9 %-dən 4,6 % -dək artıb, dəyər ifadəsində isə 1,639 milyon ABŞ dollarından 2,559 milyon ABŞ dollarınadək yüksəlib.

Son xəbərlər

Orphus sistemi