"Kənd təsərrüfatı Azərbaycan üçün ən əhəmiyyətli sahələrdən biridir. Mən ölkənin bir çox regionlarında olmuşam".
"Report" xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx deyib.
Onun sözlərinə görə, fermerlərə dəstək verilməsi onların birləşməsinə şərait yaradır: "Bizim hər fermerə yatırdığımız 1 dollar onlara 7 dollar gəlir gətirir. Onların məhsulları təkcə Rusiyada deyil, başqa ölkələrdə də satılır. Fermerlərə dəstək verməyimiz onların birləşməsinə şərait yaradır. Bu gün müxtəlif sahələr üzrə assosiasiyalar yaradılıb. Həmin birliklər məhsul satışına da dəstək verə bilər.
Biz təkcə neft satmamalıyıq, başqa məhsulları da satmalıyıq. Hesab edirəm ki, su da ölkə üçün əhəmiyyətlidir və əhəmiyyəti getdikcə artır. Su ölkəniz üçün ikinci neftə çevrilməyə başlayır. Biz regionlarda tez-tez oluruq. İnsanlara pul lazım deyil, onlara "nohab" (knowhub) lazımdır. Yəni onlara təlim keçilməlidir, bilik aşılanmalıdır".