“Hazırda çox az ölkə özünü 100% buğda ilə təmin edə bilir. Bunlar Rusiya, Qazaxıstan, Ukrayna və Kanadadır. Azərbaycan isə 60% təmin edə bilir. Çünki ölkədə kənd təsərrüfatı üçün torpaq ehtiyatları məhduddur və cəmi 1 milyon hektar ərazidə taxıl əkilir”.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
“Bundan çox əkə bilmirik. Əsas məqsədimiz məhsuldarlığı artırmaqdır. Əgər əvvəllər bir milyon hektardan 3 milyon ton taxıl götürülürdüsə, indi 3,14 milyon tona çatdırmışıq. Biz müasir və tez yetişən, iqlimə davamlı növlərlə artıma nail olmaq istəyirik. Subsidiyaları ona görə veririk ki, torpağa gübrə versinlər. Son illər fermerlərin üçdə ikisi buğda əkir, amma həmin buğda əsasən ərzaqlıq deyil. Cəlilabada bu il ərzaqlıq buğda daha çox əkməyə başladılar”, - o qeyd edib.