Vüqar Hüseynov: "Bu il Kəlbəcərə 130 min arı ailəsi köçürülüb"

Vüqar Hüseynov: "Bu il Kəlbəcərə 130 min arı ailəsi köçürülüb" Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara 190 min arı ailəsi aparılıb, bunun 130 mini Kəlbəcərə köçürülüb.
ASK
10 Sentyabr , 2024 11:11
Vüqar Hüseynov: Bu il Kəlbəcərə 130 min arı ailəsi köçürülüb

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara 190 min arı ailəsi aparılıb, bunun 130 mini Kəlbəcərə köçürülüb.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, həmin bölgələrə 4 217 arıçılıq təsərrüfatları köçürülüb: "Təsərrüfatlar azad edilmiş ərazilərdə yerləşən bütün yaylaqlara, o cümlədən Xocavənd, Hadrud, Zəngilan, Kəlbəcər, Qubadlı və digər ərazilərə köçürülüb".

V. Hüseynov deyib ki, bu məhsullar sentyabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında təqdim edilir.

Son xəbərlər

Orphus sistemi