Yağışlı hava Biləsuvar və Cəlilabadda pambıqçılığa təsir etməyib

Yağışlı hava Biləsuvar və Cəlilabadda pambıqçılığa təsir etməyib Biləsuvar və Cəlilabad rayonlarında pambıq yığımı kampaniyası davam edir.
ASK
23 Noyabr , 2020 02:55
Yağışlı hava Biləsuvar və Cəlilabadda pambıqçılığa təsir etməyib

Biləsuvar və Cəlilabad rayonlarında pambıq yığımı kampaniyası davam edir.

“Report”un Muğan bürosu xəbər verir ki, havaların bir neçə gündür ki, yağışlı keçməsi yığım kampaniyasına təsir etməyib. Belə ki, biləsuvarlı məhsul istehsalçıları indiyədək sahələrdən 26 min 244 ton ağ qızıl toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər hektarın məhsuldarlığı 26 sentner təşkil edir. Yığılan məhsulun 23 min 860 tonu maşınların köməyi ilə toplanılıb.

Bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər.

Cəlilabadlı məhsul istehsalçıları isə indiyədək sahələrdən 979 ton ağ qızıl yığıblar. Pambıq sahələrinin hər hektarından götürülən məhsuldarlıq 20,2 sentner təşkil edib.

Bildirək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilib.

Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1 507 hektara çatdırılıb. Pambıq tarlalarından 1 259 ton məhsul yığılıb.

Son xəbərlər

Orphus sistemi