Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq

Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq G7 sammitində iştirak etmək üçün Almaniyada səfərdə olan Yaponiyanın Baş naziri Fumio Kisida ölkəsinin qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon ABŞ dolları ayıracağını vəd edib.
ASK
28 İyun , 2022 09:44
Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq

G7 sammitində iştirak etmək üçün Almaniyada səfərdə olan Yaponiyanın Baş naziri Fumio Kisida ölkəsinin qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon ABŞ dolları ayıracağını vəd edib.

“Report” NHK telekanalına istinadən xəbər verir ki, ayrılacaq vəsait Ukraynaya və ərzaq qiymətlərinin kəskin artmasından ciddi zərər çəkmiş Yaxın Şərq və Afrika ölkələrinə yardım üçün sərf ediləcək.

Xatırladaq ki, ərzaq təhlükəsizliyi G7 liderlərinin iyunun 26-dan 28-dək Almaniyada keçirilən zirvə görüşünün əsas müzakirə mövzularından biri olub.

Son xəbərlər

Orphus sistemi