Azərbaycan nümayəndə heyəti Polşada Avropa Oyunları ilə əlaqədar tədbirə qatılıb

Azərbaycan nümayəndə heyəti Polşada Avropa Oyunları ilə əlaqədar tədbirə qatılıb Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) Polşanın paytaxtı Varşavada keçirilən 48-ci Baş Assambleyasında iştirak edir.
Avropa Oyunları
25 Oktyabr , 2019 12:46
Azərbaycan nümayəndə heyəti Polşada Avropa Oyunları ilə əlaqədar tədbirə qatılıb

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) Polşanın paytaxtı Varşavada keçirilən 48-ci Baş Assambleyasında iştirak edir.

“Report” xəbər verir ki, ölkəni tədbirdə gənclər və idman naziri Azad Rəhimov, EOC-in İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov təmsil edirlər.

Təbdirin proqramına II Avropa Oyunlarının nəticələrinin müzakirəsi və 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının təşkili məsələləri daxildir.

Son xəbərlər

Orphus sistemi