Gənclər və İdman Nazirliyi II Avropa Oyunlarını işıqlandırmış jurnalistləri mükafatlandırıb

Gənclər və İdman Nazirliyi II Avropa Oyunlarını işıqlandırmış jurnalistləri mükafatlandırıb Azərbaycan Gənclər və İdman Nazirliyində II Avropa Oyunlarını Belarusun paytaxtı Minskdən işıqlandırmış jurnalistlərlə görüş keçirilib.
Avropa Oyunları
5 İyul , 2019 18:08
Gənclər və İdman Nazirliyi II Avropa Oyunlarını işıqlandırmış jurnalistləri mükafatlandırıb
Report

Azərbaycan Gənclər və İdman Nazirliyində II Avropa Oyunlarını Belarusun paytaxtı Minskdən işıqlandırmış jurnalistlərlə görüş keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və mətbuat katibi Səmayə Məmmədova iştirak ediblər.

S.Məmmədova bildirib ki, Nazirliyin və KİV-lərin özlərinin dəstəyi ilə bir qrup aparıcı nəşr əməkdaşları Minskdə bir ailə kimi tədbirdə iştirak edərək Oyunları işıqlandırıblar.

İ.İsmayılov nazir Azad Rəhimov adından jurnalistlərə təşəkkürünü bildirərək ölkədə idmana göstərilən diqqət və qayğıdan bəhs edib. O, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq buna Avropa Olimpiya Oyunları adının verilməsini daha məqsədəuyğun saydığını bildirib.

Nazir müavini idmançıların uğurlarının təbliğatında jurnalistlərin rolunu da vurğulayıb: "82 idmançıya 28 medal çox böyük uğurdur. Amma bu, arxayınlıq yaratmamalıdır. Tokio olimpiadası Avropa Oyunları kimi olmayacaq".

Ardınca Minskə Gənclər və İdman Nazirliyinin xətti ilə yollanan jurnalistlər Azad Rəhimovun qərarı ilə mükafatlandırılıblar. Fəxri fərmanlar alanlar sırasında "Report"un əməkdaşı Elşən Məmmədov da var. O, “Minsk 2019 II Avropa Oyunları"nın işıqlandırılmasında göstərdiyi peşəkarlığa görə təltif edilib.

Sonda jurnalistlər yarışla bağlı təəssüratlarını bölüşüblər.

Son xəbərlər

Orphus sistemi