ABŞ-da 3-10 oktyabr günləri ərzində işsizlik müavinəti üçün ərizə verənlər 898 min nəfər təşkil edib.
“Report” xəbər verir ki, Əmək Departamentinin verdiyi açıqlamaya görə, bu, əvvəlki həftəyə nisbətən 53 min nəfər çoxdur.
Halbuki “Reuters”in sorğu keçirdiyi ekspertlər həmin sayın 825 min nəfər olacağını güman edirdilər. Əvvəlki həftənin ilkin göstəricisi isə 840 mindən 845 minə dəyişdirilmişdir.