ABŞ-ın aparıcı aviaşirkəti “Delta” koronavirus (COVID-19) pandemiyasının təsiri ilə 2020-ci ili 12,4 milyard dollar zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,8 milyard dollar mənfəətlə çıxmışdı.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin açıqladığı hesabatda bildirilib.
Sənəddə həmçinin deyilir ki, "Delta" ötən ilin IV rübündə 755 milyon dollar zərər edib, halbuki, aviaşirkət əvvəlki ilin eyni dövründə 1,1 milyard dollar mənfəət əldə etmişdi.
“Delta”nın baş meneceri Ed Bastian bildirib ki, 2020-ci il aviaşirkətin tarixində ən çətin il olub: "Bununla belə, 2021-ci ilin bərpa ili olacağını gözləyirik".