ABŞ milyarderləri koronavirusun yayılması nəticəsində ortaya çıxan ciddi iqtisadi ziyana baxmayaraq, son 17 ayda sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.
"Report"un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Vaşinqtondakı Siyasi Araşdırmalar İnstitutunun dərc etdiyi hesabatda deyilir.
Tədqiqatçılar amerikalı milyarderlərin pandemiya dövründə 1,8 trilyon ABŞ dolları varlandığını qeyd edirlər.
Hesablamalara görə, 2020-ci ilin mart ayında ABŞ-da 614 milyarder var idisə, bu ilin avqust ayında onların sayı 708-ə çatıb.
Hesabatda deyilir ki, bu müddət ərzində "Amazon"un qurucusu Ceff Bezos 75 milyard ABŞ dolları, "Microsoft"un yaradıcısı Bill Qeyts 32,6 milyard ABŞ dolları, feysbukun baş direktoru Mark Zukerberq isə 74,2 milyard ABŞ dolları gəlir əldə edib.