ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb
Biznes
9 İyun , 2021 17:02
ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Tvitter" sosial şəbəkəsində yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi