Almaniyanın “Adidas AG” şirkəti ABŞ-ın “Reebok” şirkətinin satışına dair müvafiq addımlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
“Yeni beşillik strategiyası çərçivəsində “Reebok” üçün strateji alternativləri dəyərləndirməyi başa çatdıran “Adidas” “Reebok”un satışı üçün rəsmi prosesə başlamaq qərarına gəlib”, - açıqlamada bildirilir.
Beləliklə, cari ilin birinci rübündən şirkətin “Reebok” bölümü maliyyə hesabatlarında satılan aktiv olaraq göstəriləcək.
Bundan əvvəl “Adidas”ın baş direktoru Kasper Rorsted “Reebok”u satmaq istədiklərini dəfələrlə təkzib edib. 2019-cu ilin əvvəlində “Reebok” yenidən gəlir gətirməyə başlayandan sonra isə o, “CrossFit Nano”, “Float Ride Run” kimi yeni ayaqqabı xətlər hesabına satışları artıracaqlarına ümidvar olduqlarını bildirib. Lakin koronavirus pandemiyası nəticəsində daha çox ziyana uğramış “Reebok”un satışları ötən ilin ikinci rübündə 42 faiz azalıb.