“Azərbaycan hökuməti ölkədə kiçik və orta biznesin (KOB) inkişafı üçün lazımi institusional bazanın yaradılmasında mühüm irəliləyişlər əldə edib”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.
O, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin benefisiarı olduğu, Aİ-nın maliyyələşdirdiyi “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrasının yekunlaşması ilə bağlı tədbirdə danışıb.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, özəl sektorun inkişafına hesablanmış sahələr prioritetləşdirib. Aİ bunu dəstəkləməyı hazırdır. KOB-lar hər bir ölkənin iqtisadiyyatı üçün vacibdir, potensial və dinamiklik göstəricisidir”, - deyə səfir qeyd edib.