“Airbus” aerokosmik konserninin xalis mənfəəti 2021-ci ilin birinci rübündə 362 milyon avro təşkil edib. Halbuki ötən ilin eyni dövründə şirkət 481 milyon avro itki ilə üzləşmişdi.
“Report” şirkətin yaydığı məlumatlara istinadən xəbər verir ki, “Airbus” bu ilin birinci rübündə 125 təyyarə təhvil verib. Ötən ilin eyni dövründə isə bu rəqəm 122 olub.
Şirkət 2020-ci ildə olduğu kimi, bu il də 566 təyyarənin tədarük olacağını gözləyir.
“Airbus” dünyanın ən böyük aerokosmik və müdafiə şirkətlərindən biridir. Martın 31-nə olan məlumata görə, onun 127,8 min işçisi var.