“Airbus” keçən il rekord sayda sifariş alaraq tədarükdə “Boeing”i ötüb

“Airbus” keçən il rekord sayda sifariş alaraq tədarükdə “Boeing”i ötüb “Airbus” illik təyyarə sifarişlərinin rekord qırdığını açıqlayıb və cümə axşamı günü 2023-cü ildə tədarüklərin 11 % artdığını təsdiqləyərək rəqib “Boeing”ə qarşı beşinci ildir ki, ən yüksək istehsal yerini qoruyub.
Biznes
12 Yanvar , 2024 02:01
“Airbus” keçən il rekord sayda sifariş alaraq tədarükdə “Boeing”i ötüb

“Airbus” illik təyyarə sifarişlərinin rekord qırdığını açıqlayıb və cümə axşamı günü 2023-cü ildə tədarüklərin 11 % artdığını təsdiqləyərək rəqib “Boeing”ə qarşı beşinci ildir ki, ən yüksək istehsal yerini qoruyub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentlik qeyd edib ki, ötən il aviaşirkətlər parklarını yeniləmək üçün mübarizə apararkən “Airbus” ləğvlərdən sonra 2 319 ümumi sifariş və 2 094 xalis sifariş qazandığını söyləyib. Şirkət açıqlayıb ki, 735 təyyarə təhvil verib və sifariş portfelini 8 598-ə çatdırıb.

737 MAX böhranından sonra hələ də özünə gəlməyə çalışan “Boeing” bu həftə 2023-cü ildə 528 təyyarə təhvil verdiyini və mümkün ləğvləri nəzərə almaqla 1 314 xalis yeni sifariş aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi