“Alibaba” “Subaylar Günü” münasibəti ilə rekordunu yeniləməyə hazırlaşır

“Alibaba” “Subaylar Günü” münasibəti ilə rekordunu yeniləməyə hazırlaşır Dünyanın və Çinin ən böyük onlayn satış sistemlərindən olan “Alibaba” şirkəti böyük endirim kampaniyası keçirəcək.
Biznes
10 Noyabr , 2020 17:15
“Alibaba” “Subaylar Günü” münasibəti ilə rekordunu yeniləməyə hazırlaşır

Dünyanın və Çinin ən böyük onlayn satış sistemlərindən olan “Alibaba” şirkəti böyük endirim kampaniyası keçirəcək.

“Report”un məlumatına görə, kampaniya hər il noyabrın 11-də qeyd olunan “Subaylar Günü” ("Singles' Day") ilə əlaqədardır.

Bu il bu bayrama 89 ölkədən qatılanların olacağı gözlənilir.

2018-2019-cu illərdəki şoppinq festivallarında müvafiq olaraq 30,8 milyard ABŞ dolları və 38,4 milyard ABŞ dolları məbləğində satışa nail olmuş "Alibaba" 2020-ci ildə də rekordunu yeniləməyə hazırlaşır.

Xatırladaq ki, “Subaylar Günü” 1993-cü ildən Çinin Nanyinq Universitetinin (Nanjing University) təşəbbüsü ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi