Alış-veriş və əyləncə sevənlər üçün əla xəbərimiz var

Alış-veriş və əyləncə sevənlər üçün əla xəbərimiz var Alış-veriş və əyləncə sevənlər üçün əla xəbərimiz var. Bakının cazibə mərkəzini Ağ Şəhərə daşıyacaq "City Park Mall"un 10 gün davam edəcək açılış tədbiri başladı! Əylənməyi sevirsinizsə, bu fürsəti qaçırmayın. Çünki açılış tədbirində tanınmış qonaqlar
Biznes
11 İyun , 2024 15:40
Alış-veriş və əyləncə sevənlər üçün əla xəbərimiz var

Bakının cazibə mərkəzini Ağ Şəhərə daşıyacaq "City Park Mall"un 10 gün davam edəcək açılış tədbiri başladı!

Əylənməyi sevirsinizsə, bu fürsəti qaçırmayın. Çünki açılış tədbirində tanınmış qonaqlar, bir-birindən əyləncəli proqramlar olacaq. Bu tədbirə kiçikdən böyüyə hər kəs qatıla bilər, çünki "City Park Mall" balaca qonaqlarını da unutmayıb və onlar üçün də xüsusi əyləncəli proqramlar nəzərdə tutulub. Üstəlik, açılış tədbiri müddətində bir çox tanınmış markalara açılışa özəl endirimlər olacağını da unutmayın.

Bu möhtəşəm açılış tədbirinin bir hissəsi olmaq şansınızı qaçırmayın. Ailənizlə əyləncəli bir gün keçirmək, əla alış-veriş etmək və ya sadəcə yeni bir yer kəşf etmək istəsəniz, “City Park Mall” hər birini təklif edir.

Ticarət mərkəzinin diqqət çəkən məqamlarından biri uşaqların məşğul olması və əylənməsi üçün nəzərdə tutulmuş geniş uşaq əyləncə mərkəzidir. Valideynlər brend mağazaları və sevimli restoranlarında vaxt keçirərkən uşaqlar interaktiv oyun meydançalarından və əyləncəli fəaliyyətlərdən həzz ala bilərlər.

“City Park”ın ən böyük üstünlüyü onun ünvanıdır. Babək Prospekti ilə Süleyman Vəzirov küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzi hər kəs üçün əlçatan yerdə olması ilə diqqət çəkir. İstər şəhərin mərkəzində, istər ətraf ərazilərdə yaşayanların ictimai nəqliyyat ilə rahatlıqla gedə biləcəyi “City Park” şəxsi avtomobillə ziyarət üçün də olduqca əlverişlidir. 2 mərtəbəli parkinq zonasında asanlıqla avtomobilinizə yer tapa və ticarət mərkəzinin bütün üstünlüklərindən rahatlıqla faydalana bilərsiniz.

“City Park Mall” əsas məqsədi sadəcə açılış zamanı deyil, fəaliyyət göstərdiyi müddətdə hər gün qonaqlarının gününü rəngarəng keçirməsi üçün mümkün olan hər şeyi etməkdir. Sizin etməli olduğunuz tək şey isə gəlmək və sevimlinizə çevriləcək yeni məkanı kəşf etməkdir.

Son xəbərlər

Orphus sistemi