Noyabr ayında Almaniyada işsizlik 6,2 faizdən 6,1 faizədək geriləyərək 2.817 min nəfər təşkil edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Federal Məşğulluq Agentliyi bildirib.
Halbuki “Reuters”ə açıqlamasında ekspertlər 6,3 faizədək artım gözləyirdilər.
Mövsümi amillər nəzərə alınmasa, ölkədə işsizlik 6 faizdən 5,9 faizədək, işsizlərin sayı 2,76 milyondan 2,699 milyonadək azalıb.