Almaniyanın "Claas" konserni Azərbaycanı təbrik edir

Almaniyanın "Claas" konserni Azərbaycanı təbrik edir Bakı şəhərinin mərkəzində Bayraq Aksiyası keçirilib
Biznes
9 Noyabr , 2020 14:29
Almaniyanın Claas konserni Azərbaycanı təbrik edir

Almaniyanın kənd təsərrüfatı sahəsində aparıcı markası hesab edilən "Claas" şirkətinin Azərbaycan nümayəndəliyi 9 noyabr Dövlət Bayrağı və Şuşa şəhərinin işğaldan azad edilməsi günü münasibətilə Bakı şəhərinin mərkəzində Bayraq Aksiyası keçirib.

Aksiya zamanı şəhər sakinlərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında məlumatların əks etdirən flayerlər, əl bayraqları və Azərbaycan bayrağının əks edildiyi döş nişanları hədiyyə edilib.

Qeyd edək ki, "Claas" şirkətinin Azərbaycan nümayəndəliyi daim ölkəmizin milli maraqlarına öz töhfəsini verir. Bundan öncə şirkət Azərbaycan Silahlı Qüvvələri Yardım Fonduna 25 min manat pul köçürüb.

Sentyabrın 27-dən etibarən mütəmadi olaraq gündəlik əsaslarla Azərbaycan Ordusuna və döyüş bölgəsi ərzasində yerləşən kəndlərə müxtəlif yardımlar göstərir. Eləcə də Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan ekspertlərinin iştirakı ilə işğaldan azad edilən vətən torpaqlarının əkin prosesinə hazırlılığı sahəsində layihələrin müzakirəsinə start verib. "Class" şirkətinin Azərbaycan nümayəndəliyi böyük qürur hissi ilə, işğaldan azad edilən ərazilərdə müasir aqrar sektorun qurulmasında bütün texniki və digər resursları ilə aktiv rol oynayacaq.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!

Son xəbərlər

Orphus sistemi