Almaniyanın polad istehsalçısı daha 5 min işçisini ixtisar edəcək

Almaniyanın polad istehsalçısı daha 5 min işçisini ixtisar edəcək Almaniyanın sənaye mühəndisliyi və polad istehsalçısı “Thyssenkrupp” maliyyə itkilərini azaltmaq üçün dah 5 işçisini ixtisar edəcək.
Biznes
19 Noyabr , 2020 15:38
Almaniyanın polad istehsalçısı daha 5 min işçisini ixtisar edəcək

Almaniyanın aparıcı polad istehsalçısı “Thyssenkrupp” şirkəti xərclərini azaltmaq üçün yaxın 3 ildə daha 5 min işçisini ixtisar edəcək.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, şirkət koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən ilin oktyabr ayından bu ilin oktyabr ayına qədər davam etmiş 2020-ci maliyyə ilini 1,6 milyard avro əməliyyat zərəri ilə başa vurub. Bu isə beynəlxalq fond bazarlarından onun səhmlərinin təxminən 60 % ucuzlaşması ilə nəticələnib.

Xatırladaq ki, ötən il “Thyssenkrupp” 6 min işçilərini ixtisar edəcəyini bəyan edib və artıq 3,6 min nəfəri işdən çıxarıb.

Son xəbərlər

Orphus sistemi