"AmCham": Biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyirik

"AmCham": Biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyirik Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyir.
Biznes
24 Sentyabr , 2024 10:35
AmCham: Biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyirik
Dəyanət Sədullayev

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyir.

"Report" xəbər verir ki, bunu Palatanın prezidenti Dəyanət Sədullayev rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

"Bu ilin əvvəlindən Palatanın Davamlılıq, İnkişaf və Korporativ Məsuliyyət Komitəsinin "İqlim dəyişikliyi üzrə maraqlı tərəflərin dialoqu" mövzusunda təşkil etdiyi tədbirlər Azərbaycanda biznes qurumları arasında məlumatlılığı artırmaq, əməkdaşlığı və birgə fəaliyyətləri təşviq etmək məqsədi daşıyır. Bu istiqamətdə 6 uğurlu tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bu yöndə səylərimiz ilin sonuna qədər davam edəcək və konkret irəliləyiş əldə etməyi hədəfləyirik. COP29 Qlobal Gündəliyinə uyğunlaşma "AmCham Azerbaijan"ın strateji məqsədlərindəndir. Bununla bağlı bir neçə layihə həyata keçirilib. Mən xüsusilə "Amcham Azerbaijan"ın Davamlılıq Təlimatının istifadəyə verilməsini qeyd etmək istəyirəm. Bu hərtərəfli bələdçi özəl sektorun bilik və davamlılıq təcrübələrini dəstəkləmək məqsədi daşıyır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi