“Amazon” korporasiyası bu ildən etibarən ABŞ-da kiçik bağlamaların çatdırılmasında pilotsuz uçuş aparatlarından istifadəyə başlamaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, dronlarla çəkisi 2,2 kq-dan artıq olmayan mallar, o cümlədən kosmetika, dəftərxana ləvazimatı, akkumulyatorlar və ev üçün yüngül mallar daşınacaq. Dron bir saat ərzində təyinat nöqtəsinə çatmalı və bağlamanı alıcının həyətinə atmalı olacaq.