AmCham Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

AmCham Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir “AmCham" Azərbaycana qarşı edilən bütün hücumları, xüsusən də son vaxtlar Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin geniş miqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir
Biznes
6 Oktyabr , 2020 12:40
AmCham Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər bölgələrində baş verən hadisələrdən dərindən narahatdır.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqladığı məlumatda deyilir.

“AmCham" Azərbaycana qarşı edilən bütün hücumları, xüsusən də son vaxtlar Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin geniş miqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir.

"AmCham Azərbaycan" birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və işğalçı qüvvələri BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz geri çəkilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırır.

Son bir həftə ərzində işğal olunmuş bir neçə ərazinin erməni işğalından azad edilməsi, son 30 ildə ilk dəfə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtması və bölgədəki davamlı sülh və sabitlik ümidini verir.

Son xəbərlər

Orphus sistemi